1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edir. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görülür. Nəticədə Şuşada sayı yüzlərlə olan memarlıq və incəsənət abidəsi rəsmən qeydə alınmışdır. Bunlarla yanaşı Şuşada yeni-yeni orta, ixtisaslaşdırılmış, orta-ixtisas və ali təhsil ocaqları istifadəyə verildi. Sovetlər dönəmində Şuşada ittifaq miqyasında gözəl dağ – iqlim və balneoloji kurort yaradılmışdır. Burada sanatoriyalar, pansionatlar və turist bazaları inşa edilmişdir. Şuşa həm də qədim incəsənət mərkəzi kimi məşhurdur. Şəhərdə tarix muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi, xalça muzeyi və bir çox başqa muzeylər fəaliyyət göstərirdi. Çoxsaylı parklar və güllüklər şəhərin təbii gözəlliyinə əlavə rəng qatır. Şəhər hər tərəfdən palıd, fıstıq, vələs meşələri, yaşıl yamaclar və meyvə bağları ilə əhatə olunub. Gözəl təbiət, tarixi abidələr, əlverişli iqlim burada turizmin inkişafına şərait yaradır. Məşhur Şuşa kurortu eyni zamanda müasir turizm mərkəzi kimi də tanınırdı. Şuşada SSRİ vətəndaşları ilə yanaşı həm də bütün digər sosialist ölkələrin vətəndaşları da istirahət edir və sağlamlıqlarını möhkəmləndirirlər.
1988-ci ildən başlayaraq, xaricdən, iri dövlətlərdən hərtərəfli dəstək alan qanunsuz erməni silahlı birləşmələri Qarabağı Azərbaycandan qoparmaq məqsədilə Qarabağda saysız-hesabsız qeyri-insani cinayətlər törətdilər. Nəticədə, 4 ilə yaxın mübarizə aparan Şuşa şəhəri 1992-ci ilin may ayının 08-də qeyri-bərabər döyüşdə işğala məruz qaldı. 1992-ci ilin may...
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.
Daha ətraflı
Şuşanın əsası hərbi-strateji baxımından möhkəm müdafiə imkanlarına malik paytaxt-qalaya olan zərurətdən yaranaraq, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Belə ki, Qarabağ xanlığının əsası müstəqil, türk, feodal dövləti kimi 1747-ci ildə I Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdu. Bundan sonra Pənahəli xan xanlığın paytaxtı kimi əvvəl Bayat, sonra isə Şahbulaq qalalarını tikdirir. Qısa müddət ərzində Qarabağ xanlığı hərbi cəhətdən Azərbaycanın ən güclü xanlıqlarından birinə çevrilir, özünün nizami ordusu yaradılır. Güclü xanlığın strateji cəhətdən daha əlverişli mövqeyi olan paytaxta ehtiyacı olduğundan, Pənahəli xan 1752-ci ildə Qarabağın ən səfalı yerində, relyefin dəniz səviyyəsindən 1300 metrdən 1600 metrədək dəyişdiyi yüksəklikdə yerləşən uca dağ zirvəsində qala-şəhərin əsasını qoyur. Beləliklə Pənahəli xan Qarabağ xanlığının paytaxtını yeni qalaya köçürür. Şəhər əvvəl Pənahabad, sonra isə Şuşa adlandırılır. Pənahəli xanın hakimiyyəti illərində, 1763-cü ilə qədər, Şuşada çoxlu abidələr, müdafiə bəndləri və qalalar tikilir. XIX əsri əhatə edən sonrakı mərhələdə yeni məhəllələr salınmış və bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Nəticədə Şuşada 17 məhəllə salınmışdır. Hər məhəllənin məscidi, hamamı və bulağı mövcud olub. Şuşada tikilən evlər möhtəşəmliyi ilə fərqlənir, küçələrə daşlar döşənilirdi. XIX əsrdə Şuşanın baş planı mövcud olmuş və şəhərsalma qaydalarının plana uyğun olmasına ciddi nəzarət və riayət edilirdi. Evlər yalnız yerli mərmər daşdan tikilir, evlərin iri, adətən şəbəkə üslubunda hazırlanmış pəncərələri, enli və gözoxşayan eyvanları, mərtəbələr arasındakı daşdan yonulmuş dekor elementləri, ornamentləri öz...
Daha ətraflı
Artıq XIX əsrdə Şuşa-Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə, sağlamlıq şəhəri, istedadlar diyarına çevrildi. Azərbaycanın heç bir şəhəri bu qədər istedad yetişdirməmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 xəttat, 5 astronom, 18 memar, 16 həkim və təxminən 42 müəllim yaşayıb yaratmışdı. Bu inkişafın nəticəsində şuşalı gənclər təhsil almaq üçün artıq Avropaya üz tuturdular. Bu isə şəhərdə Avropa dəbinin də yayılmasına səbəb olurdu. Şəhərdə geyimdə, ev əşyalarında, kulinariyada milli dəyərlərlə yanaşı Avropa üslubu və dəyərləri də hökm sürürdü. Bütün sadalananlar şəhərin memarlığından da yaxşı mənada yan keçməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi Şuşada evlərin inşası şəhərin təsdiq edilmiş baş planına uyğun aparılırdı. Həyətyanı sahələr əsas küçəyə baxmır, mütləq şəkildə evin arxasında olmalı idi. Bu səbəbdən də əsas küçələrdən həyətyanı sahələr ümumiyyətlə görünmür, küçədən birbaşa giriş qapısından evlərə daxil olmaq olurdu. Şuşadakı evlərin hamısının pəncərə və qapıları birbaşa küçəyə baxırdı. Ona görə də şəhərdə gəzən insan hasarla deyil, gözəl haşiyəli pəncərə və qapıları olan evlərlə rastlaşırdı. Küçələrə yerli mərmər daşlar döşənir, piyadalar üçün iri sal mərmər daşlardan səkilər qoyulur, küçələrdə isə rahat şəkildə faytonlar, arabalar hərəkət edə bilirdi. Pənahəli xan şəhəri bina edəndən dərhal sonra dövlət atributlarından biri olan Qarabağ xanlığının pul vahidi “Pənahabadi” adlı sikkə kəsdirməyə başlayır və sikkə kəsimi 1822-ci ilə kimi davam etdirilir. Bu sikkələr xalq arasında “Pənahаbadi” adlandırılırdı. Şuşanın çox uğurla işlənmiş...
Daha ətraflı14-15 iyul tarixlərində mədəniyyət paytaxtımız Şuşa növbəti dəfə Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi. Builki poeziya bayramı qala-şəhərimiz üçün əlamətdar bir ildə – Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirdiyi dövrdə keçirildi. Bu tədbir qardaş ölkələrdən də ədəbiyyat adamlarını bir araya gətirdi. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə keçirilən poeziya bayramı iyulun 13-də şairin doğma şəhərində – Qazax rayonunun Yuxarı Salahlı kəndində başlayıb. Çıxışlar dinlənilib, ənənəvi tədbirin tarixindən söz açılıb, konsert proqramı təqdim edilib. İyulun 14-də Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada tarixi, dini məkanları, Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər. Yuxarı Gövhər ağa məscidinin ərazisindəki mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği: XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar. Həmin gün Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub. Açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.