Gürcüstanda “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda” adlı sərginin açılışı oldu
İyulun 8-də Gürcüstanın Bolnisi rayonunda “Qafqaz” Hüquq və İnteqrasiya Mərkəzinin dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgi açılıb. Sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində gerçəkləşib. Eyniadlı sərgi elə həmin gün Marneuli rayonunda da açılıb. Buradakı sərgi Marneulidəki “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatı dəstəyi ilə reallaşıb.