Şuşa 2023 – Türk dünyasının mədəniyyət paytaxtı
"Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023" ilinin rəsmi loqosu şəhərin unikal təbii və mədəni irsindən ilhamlanaraq yaradılmışdır.
- Loqo ümumilikdə Azərbaycan dövlətinin əsas simvollarından biri olan səkkizguşəli ulduz formasında hazırlanmışdır.
- Tarixi Şuşa Qalasının günümüzə qədər gəlib çıxmış Gəncə Qapısının Şərq memarlığına xas tağvari forması loqonun bütün guşələrində istifadə edilməklə tarix-memarlıq qoruğunu simvolizə edir.
- Gəncə qapısı ətrafında daşların düzülüş formasından əmələ gələn ornamentlər loqoda əks olunan abidənin məhz Şuşaya aid olduğuna işarə edir.
- Mədəni irsi ilə yanaşı, Şuşanın unikal təbii irsi də loqoda təcəssüm etdirilir. Şuşa təbiətinə məxsus Xarı-bülbül gülünün ləçəkləri loqonun formasını yaradan əsas ilham mənbələrindən biri kimi çıxış etmişdir
- Nəhayət emlemin altında əks olunmuş "Şuşa 2023" yazısı qalanın üzərində əksini tapan şəhərin adı ilə eyni şriftdə işlənilmişdir.
Loqo Mədəniyyət Nazirliyinin sifarişi ilə dizayner Rövşən Nəsibli tərəfindən hazırlanmışdır.