Abidələr

Şuşanın memarlığı

Azərbaycanın tarixi şəhərləri arasında öz memarlığına görə əsas yerlərdən birini Şuşa şəhəri tutur. Bu şəhərin nisbətən sonradan yaranmasına baxmayaraq, Şuşanın memarlığı Azərbaycanın orta əsr şəhərsalma ənələrinə uyğundur. Şuşanın tarix boyu formalaşmış bədii-memarlıq siması yaxşı qalmışdır. Təəssüf ki, işğal nəticəsində abidələrin böyük əksəriyyəti erməni işğalçıları tərəfindən dağıdılmışdır. Şuşanın memarlığı şəhər mühitini müəyyən edən qala istehkamları, qəsrlər, saray tipli yaşayış evləri, adi yaşayış evləri, dini məbədlər və başqa dəyərli memarlıq abidələri ilə təqdim olunur. Pənahəli xan Şuşanın əsasının qoyulması işinə ilk olaraq maddi cəhətdən zəngin olan insanları, memarları dəvət etmişdi. Bəlkə də elə buna görə bizə Şuşanın simasında belə zəngin memarlığa malik olan şəhər miras qalmışdı.

Daha çox