Xəbərlər

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə söhbət ediblər

08 Nov 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə söhbət ediblər. Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edən qonaqlar qısa vaxtda burada belə genişmiqyaslı işlərin görülməsinin böyük təəssürat yaratdığını vurğuladılar. Bu işlərin Azərbaycan Prezidentinin qətiyyətli və səriştəli rəhbərliyi, cəsarətli mövqeyi sayəsində reallaşdığını bildirdilər, böyük nailiyyət münasibətilə dövlətimizin başçısını bir daha təbrik etdilər. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə, həmçinin Şuşada bir ildən az vaxt ərzində sosial və infrastruktur obyektlərinin tikildiyini, yenidən qurulduğunu və bu işlərin hazırda da davam etdirildiyini dedi. Dövlətimizin başçısı bildirdi ki, əsas hədəf azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılmasıdır. Azərbaycan Prezidenti bərpa və yenidənqurma işlərinin tarixi və dini abidələri də əhatə etdiyini diqqətə çatdırdı.

Digər Xəbərlər