Xəbərlər

Şuşa şəhəri 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib

10 Mar 2023

1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Uzun illər boyu Qarabağ xanlığının paytaxtı və əsas müdafiə qalası olmuş Şuşa daim mədəniyyətimizin çiçəkləndiyi şəhər rolunu oynayıb. Şərq memarlığı üslubunda salınmış Şuşa şəhəri 17 məhəllədən ibarətdir. Hər bir məhəllənin öz məscidi, hamamı və bulağı olub. Sənətkarlığın və incəsənətin müxtəlif sahələri şuşalıların əsas ruhunu təmsil edir. İşğaldan azad edilmiş mədəniyyət ocağımızın tarixinə, dirçəlməsinə dair videoçarxlar nümayiş olunub. Sonra Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Digər Xəbərlər