XVIII əsrin memarlıq abidəsidir. Şuşa şəhəri işğal ediləndən sonra möhkəm zədələnmişdir.
19-cü əsrdə inşa olunub. Həmid Muxtar oğlu Abbasovun evi. Əslən Şuşanın Xəlfəli kəndindən olan Həmid Abbasov uzun illər Sovet ədliyyə orqanlarında çalışıb. (1 yanvar 1910 - 24 oktyabr 1994)
XVIII əsrin memarlıq abidəsi olub. Şuşa şəhəri işğal ediləndən sonra uzun illər baxımsız qalmışdır. Hazırda yaşayış üçün yararsızdır.
XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamay məscidinin dam örtüyündə azançı üçün "güldəstə" quraşdırılmışdır. Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılır. Bu məsciddə pəncərələr binanın iki baş fasad və mehrab olan tərəfindən qoyulmuşdur. Mamayı məscidi vaxtilə poeziya evi olmuşdu. İşğal zamanı erməni işğalçıları məscidin daş kitabəsini və güldəstəsini məhv etmiş, bina uzun illər baxımsız qalmışdır.
Mamayı məhəlləsinin bulağı. Memarlıq abidəsidir. 1900-cü ildə tanınmış sahibkar, şuşalı Səməd ağa Cavanşirin vəsaiti hesabına inşa edilib. Mamayı - Şuşada yerləşən yuxarı məhəllələrdən birinin adıdır. Bulaq da bu adla bağlıdır. Bulağın üzərində kitabələrdə bulağı Səməd bəy Cavanşirovun vəsaiti hesabına inşa edildiyi göstərilmişdi. İşğal zamanı erməni qəsbkarları bulağın üzərindəki daş kitabəni məhv edərək üzərinə xaç həkk etmişdilər. Şuşa şəhəri işğaldan azad ediləndən sonra bulaq əvvəlki görkəmində bərpa edilmişdir.