Abidələr

Xan qızı Natəvanın evi

Natəvanın sarayının memarlığı Şuşa şəhərinin yaşayış tikililərinin memarlığı üçün xarakterik olmasa da, böyük maraq kəsb edir. Xurşidbanu Natəvanın evi Şuşanın ilk zamanlarında inşa edilmiş mülklərindən biridir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malikdir. 1987-ci ildə binada restavrasiya işləri aparılmış və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialı olan Xurşidbanu Natəvanın ev-muzeyi fəaliyyətə başlamışdır. Ümumiyyətlə saray kompleksi dörd böyük binadan ibarət olub. Binalardan birindən digərinə küçəyə çıxmadan dəhlizlər vasitəsilə keçmək mümkün olurdu. İşğaldan sonra bu böyük saray kompleksi möhkəm dağıntılara məruz qalıb, kompleksin əmlakı talan edilmişdir.

Daha çox