Abidələr

Mamayı məscidi

XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamay məscidinin dam örtüyündə azançı üçün "güldəstə" quraşdırılmışdır. Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılır. Bu məsciddə pəncərələr binanın iki baş fasad və mehrab olan tərəfindən qoyulmuşdur. Mamayı məscidi vaxtilə poeziya evi olmuşdu. İşğal zamanı erməni işğalçıları məscidin daş kitabəsini və güldəstəsini məhv etmiş, bina uzun illər baxımsız qalmışdır.